Velosiped idmanının sağlamlıqda rolu
Fevral ayının 4-də məktəbimizdə “ Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları” adlı seminar-təlim keçirildi. Seminar-təlim Respublika Olimpiya Velosiped məktəbinin direktor müavini Cavid Allahverdiyev və Gənc Velosipedçilər İctimai Birliyinin sədri, həkim-kordioloq Nur Axundlu tərəfindən aparıldı.
Seminarda təlimata uyğun olaraq V-VIII sinif şagirdləri iştirak etdilər.Seminar-təlim zamanı şagirdlərə velosiped idmanı haqqında ətraflı məlumatlar verildi, şagirdləri maraqlandıran suallar cavablandırıldı.Ən maraqlı suallarla çıxış edən şagirdlərimizə kitab hədiyyə olundu.