Xocalı soyqırımının iyirmi dördüncü ildönümü

Bakı şəhəri üzrə Təhsil İdarəsinin15.02.2016-ci il tarixli 78 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 19 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. 19 fevral 2016-cı ildə məktəbdə Xocalı soyqırımına həsr edilmiş guşə yaradılmış, rəsm sərgisi təşkil edilmiş, VIId sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.Sinif rəhbəri Piri Arzu, kitabxana müdiri Sevinc Hüseynova,ədəbiyyat müəllimi Ülviyyə Məmmədovanın təşkilatçılığı ilə keçirilən dəyirmi masada məktəb rəhbərliyi də iştirak etmişdir.Silsilə tədbirlərdən biri - ümumməktəb tədbiri isə 23 fevralda olacaqdır.