“Ana dilimizi sevək, sevdirək”

19 fevral 2016-cı ildə M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə “Ana dilimizi sevək, sevdirək” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə XI və VII sinif şagirdləri iştirak etmişlər.Məktəbin ədəbiyyat müəllimi Fərqanə Abdulova "Ana dilimiz milli varlığımızdır" mövzusunda çıxış edərək ana dilimizin zənginliyi, gözəlliyi , onun yad sözlərdən qorunması haqqında danışmış, şagirdlər Ələkbərli Günay, Mirzəyeva Aytən, Qocayeva Şövkət, Əlizadə Günay, Əliyeva Tamara, Novruzlu Şəfa, Cəfərli Nigar, Piri Murad, Nigar, Elcan, Taleh, Mətin ana dilimizə həsr edilmiş seir və mahnılar səsləndirmişlər.Balacalardan ibarət rəqs qrupu tədbiri şən rəqsləri ilə rövnəqləndirmişdir. Sonda məktəbin direktoru Akif Əliyev ana dilimizə ulu öndərimiz Heydər Əliyevin qayğısından danışmış, ana dilimizlə bağlı xüsusi video-rolik nümayiş etdirilmişdir.