Dünya Azərbaycanlılarının Həmrəylik Günü

            Bütün təhsil müəssisələrində olduğu kimi 19 nömrəli tam orta məktəbdə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə silsilə tədbirlər təşkil edildi.

            Məktəbimizdə təşkil edilən tədbirlərdə şagirdlərimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi  əhəmiyyətindən danışdılar, eyni zamanda Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin bu günün keçirilməsi ilə əlaqədar gördüyü işlərdən söhbət açdılar.Daha sonra şagirdlərin ifasında müxtəlif şeir nümunələri və ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.

            Yeni İl şənliyinin atributları Şaxta Baba və Qarqızın şənliyə gəlişi xüsusilə ibtidai sinif şagirdlərini sevindirdi.Belə tədbirlərin keçirilməsini vacib hesab edən məktəbin direktoru Akif Əliyev tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və bütün kollektivi bayramlar münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi