Ümummilli lider Heydər Əliyevin anım günü

Azərbaycan xalqının tarixində  müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış, heç zaman unudulmamışlar. 
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. 

Dekabr ayının 11-də məktəbimizdə ümummilli lider H.Əliyevin anım günü münasibətilə tədbir keçirildi.Tədbir 5”A”  sinif şagirdləri, sinif rəhbəri Fəridə Babazadə və ədəbiyyat müəllimi Bahar Əsədova tərəfindən hazırlanmışdır.

Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Daha sonra şagirdlərin ifasında dövlət himni səsləndirildi.Tədbir iştirakçıları umummilli lider H.Əliyevin həyat və siyasi yaradıcılığına dair dəyərli məlumatlar verdilər, Ulu Öndərin şəninə yazılmış mahnı və şeir kompozisiyaları nümayiş etdirdilər.

Tədbirin sonunda çıxış edən məktəbimizin direktoru Akif Əliyev Ulu Öndərin siyasi həyatı və onun Azərbaycan xalqı üçün gördüyü saysız-hesabsız xidmətlərdən danışdı və şagirdlərimizin də bu istiqamətdə ətraflı məlumatlanmasını xüsusi qeyd etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi