QİÇS-ə yox deyək!

1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Bu münasibətlə məktəbimizdə  8”A” sinif şagirdləri “QİÇS-ə yox deyək!” devizi altında tədbir keçirdilər. Tədbirdə məktəbin direktoru, biologiya müəllimləri, tərbiyə işləri üzrə direktor müavini,UBT rəhbəri və məktəbin həkimi iştirak etdi.

Şagirdlər əvvəlcədən müəyyənləşmiş plana uyğun olaraq  QİÇS və onun yaranma tarixi, Azərbaycanda QİÇS-in vəziyyəti, QİÇS-ə yoluxma yolları, QİÇS-in müalicəsi və profilaktikası və s.mövzular ətrafında geniş müzakirələr etdilər.

Şagirdlərin hazırladıqları “laqeyd valideyn və xəstə şagird” adlı səhnəcik xüsusilə diqqət və marağa səbəb oldu. Məktəbin direktoru Akif Əliyev sonda çıxış edərək şagirdlər arasında QİÇS-lə bağlı maarifləndirmə işinin vacibliyindən danışdı və baxımlı bir tədbir hazırladıqları üçün təşkilatçılara təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi