Növbəti valideyn iclası keçirilmişdir

6 fevral 2016-cı il tarixdə Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 №-li tam orta məktəbdə növbəti valideyn iclası keçirilmişdir.Valideynlər əvvəlcə sinif otaqlarını gəzərək şagirdlər üçün yaradılmış şəraitlə tanış olmuş, müxtəlif fənn kabinetlərində quraşdırılmış İKT avadanlıqları, linqafon kabinetlərində yaradılan texniki imkanların üstün cəhətləri haqqında məlumat almışlar.Siniflər üzrə aparılan valideyn iclasları akt zalında davam etdirilmişdir.Məktəbin direktoru I yarımildə şagirdlərin təhsil nailiyyətlərindən danışmış, zəif oxuyan və əlaçı şagirdlər haqqında məlumat vermişdir.Ana dili və riyaziyyat fənləri üzrə “2” və “3” qiyməti almaq risqi olan V-IX sinif şagirdləri üçün xüsusi məşğələlərin keçirildiyi valideynlərin nəzərinə çatdırılmışdır.Valideynlərə məktəbin bütün otaqlarına internet xəttinin çəkildiyi, şagirdlərin daha keyfiyyətli təhsil almaları üçün müəllimlərin bir qisminin mentor təlimlərindən keçdiyi barədə məlumat verilmişdir.Sonda şagird-müəllim münasibətləri ilə bağlı disskussiya aparılmış, valideynlərin fikir və mülahizələri dinlənilmiş, sualları cavablandırılmışdır.