Pedaqoji şuranın növbəti iclası keçirildi
Məktəbimizdə noyabrın 29-da pedaqoji şuranın növbəti iclası keçirildi.İclasda müzakirəyə təqdim olunan məsələlərlə bağlı geniş söhbətlər aparıldı.Belə ki, 2018-2019-cu tədris ilinin sentyabr, oktyabr və noyabr aylarında pedaqoji kollektiv tərəfindən görülən işlərlə bağlı məktəbin direktoru Akif Əliyev, zəif oxuyan və xüsusi istedadı olan şagirdlər,sinif valideyn komitələrinin fəaliyyətinin monitorinq nəticələri, X siniflərdə təmayül fənlərin tədrisi səviyyəsi, həmçinin müəllim və şagirdlərin nizam-intizam qaydaları və dərsə davamiyyəti və s. məsələlərlə əlaqədar müvafiq olaraq direktor müavinləri Kəmalə Piriyeva, Raya Həsənova və Ülviyyə Məmmədova çıxış etdi.