Qızıl Payız
Bir vaxtlar ölkəmizdə geniş yayılan və hər payız mövsümündə keçirilən “Məhsul bayramı” bolluğun, bərəkətin, firavanlığın nümayişi, çəkilən zəhmətə verilən qədir-qiymət idi. Son illər bu xoş ənənə bölgələrimizdə, xüsusilə məktəblərimizdə yenidən bərpa olunur.
Noyabr ayının 26-sı məktəbimizdə rus dili müəllimləri Həsənova Məhparə, Aslanova Səadət və Qurbanova Cəmilə “Золотая осень” (Qızıl payız) adlı çox baxımlı bir tədbir hazırladılar.Şagirdlərimiz tədbirdə payız fəslinə aid rus dilində şeirlər söylədilər, mahnılar oxudular və rəqs etdilər.Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərimizdə payız fəslinə xüsusi maraq oyatmaq, payız fəslinin gözəlliklərini, məhsul bolluğunu ,təbiətimizin bu fəsildə də bir çox çeşiddə meyvə-tərəvəzlərlə zənginliyini nəzərə çatdırmaq idi.
Tədbir zalında təşkilatçılıq baxımından hər şey yüksək səviyyədə idi. Tədbirin ən maraqlı tərəfi odur ki, evdə təhsil alan, sağlamlıq qüsuru olan şagirdlərimiz də tədbirdə həvəslə iştirak etdilər.Tədbiri belə baxımlı təqdim edən müəllimlərimizə və şagirdlərimizə təşəkkürümüzü bildiririk.