Məktəbimizin daha bir uğuru
Oktyabr ayının 17-də Bakı Şəhəri Gənclər və İdman idarəsinin keçirdiyi intellektual oyunda məktəbimizin Breyn-rinq komandası 6 nəfərlik heyətlə iştirak etdi.Belə ki, 18 oktyabr-müstəqillik günü münasibəti ilə Bakı şəhər orta ümümtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən Breyn-rinq intellektual oyununda Nəsimi rayonunu təmsil edən komandamız gərgin keçən mübarizədən sonra III yerə layiq görüldü.
Dəfələrlə keçirilən intellektual oyunlarda qalib gələn şagirdlərimizin bu uğuruna çox sevinir,onları səmimi qəlbdən təbrik edirik.10”A” sinfinin 6 nəfərdən ibarət Breyn-rinq komandasına, komandanın hazırlanmasında əziyyəti olan sinif rəhbəri Piri Arzu , həmçinin məktəbin biologiya müəllimi Səlimə Bəkirovaya təşəkkürümüzü bildirir,gələcəkdə onlara daha böyük uğurlar arzulayırıq.