18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinlizməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr  səbəbindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqnda Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həstində olduğu azadlığına qovuşdu.

Hər il olduğu kimi bu il də məktəbimizdə Müstəqillik Günü təntənəli surətdə qeyd edildi.

Məktəbimizin ədəbiyyat müəllimi Qalibə Hümbətova  və rəhbərlik etdiyi 7”D” sinif şagirdlərinin hazırladıqları tədbir məktəb kollektivi tərəfindən çox maraqla izləndi.Şagirdlər öz çıxışlarında bir daha Azərbaycanımızın şanlı tarixini vərəqlədilər.Maraqlı rəqs və vətənpərvərlik mövzusunda təqdim edilən şeir nümunələri hər kəsin diqqətini çəkdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi