“Bilik Günü”nüz mübarək!
Məktəbimizdə Bilik Günü təntənəli surətdə qeyd edildi.Əvvəlcədən məktəbimizin girişi bayramsayağı bəzədilmişdir.Təhsil Nazirimiz cənab Ceyhun Bayramovun müvafiq əmrinə əsasən 15 sentyabr “Bilik Günü”nün qeyd edilməsi ilə əlaqədar ölkəmizin bütün ümumtəhsil məktəblərində olduğu kimi səhər saat 08:00-dan etibarən məktəbimizin bütün müəllim və şagird kollektivi məktəbin önünə toplandı.
Dövlət himnimizin səslənməsi ilə başlayan tədbir təlimata uyğun olaraq sakit və təhlükəsiz şəraitdə davam etdi.İstedadlı şagirdlərimizin ifasında mahnılar və rəqs nümunələri tədbiri daha da maraqlı etdi.Ötən ilki tədris ilində yüksək bal toplayaraq ali məktəblərə daxil olan məzunlarımız çıxış edərək ürək sözlərin məktəb kollektivinə çatdırdılar.İlk dəfə məktəbə qədəm qoyan birincilərin çıxışı ilə tədbir sona çatdı.Simvolik olaraq ilk zəng səsi birincilər üçün səsləndirildi və məktəblə tanış olmaları üçün şagirdlərimiz məktəbə qəbul edildi.