Pedaqoji şuranın iclası keçirildi

            Məktəbimizdə iyun ayının 29-da məktəb pedaqoji şurasının növbəti iclası keçirildi.İclasın müzakirə olunacaq məsələləri sırasına 2017-2018-ci tədris ilinin yekunları, 2018-2019-cu tədris ilinə hazırlıqlarla bağlı görüləcək işlərin və qarşıda duran vəzifələrin müzakirəsi, IX sinfi bitirmiş məzunlara ümumi orta təhsil haqqında attestatların verilməsi,XI sinfi bitirmiş məzunlara tam orta təhsil verilməsi haqqında attestatların verilməsi və digər cari məsələlələr daxil edildi.

            İclasda həmçinin ilboyu məktəbin fəaliyyət planında yer almış tədbirlərin icrası və sinif rəhbərlərin işi ilə əlaqədar tərbiyə işləri üzrə direktor müavini  Ülviyyə Məmmədovanın hesabatı dinlənildi.

            Direktor Akif Əliyevin təşəbbüsü ilə 2017-2018-ci tədris ili üçün ilk dəfə elan edilmiş “Ən yaxşı sinif rəhbəri” müsabiqəsinin nəticələri də məktəb kollektivi qarşısında açıqlandı.Müsabiqənin nəticələrinə əsasən  sinif rəhbərləri Piri Arzu, Sədaqət Qurbanova, Səlimə Bəkirova, Fərqanə Abdulova, Sevda Tağızadə,Samirə Hüseynova,Mətanət Nəcəfova və Nəzakət Osmanova 2017-2018-ci tədris ili üçün “Ən yaxşı sinif rəhbəri” müsabiqəsinin qalibi elan edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi