“Qiraətçi” verilişində çıxışımız

        Məkətbimizin mükəmməl mütaliə vərdişlərinə yiyələnmiş bir qrup şagirdi və qabaqcıl ədəbiyyat müəllimi Fərqanə Abdulovanın iştirakı ilə Təhsil TV-nin “Qiraətçi” verilişində bədii əsər müzakirəsi keçirildi. Məkətbimizin ədəbiyyat müəllimi Fərqanə Abdulova böyük Azərbaycan yazıçısı, drammaturq Mehdi Hüseynin “ Yeraltı çaylar dənizə axır” əsərini müzakirəyə çıxartmağı məsləhət bildi. Televiziya verilişində məsuliyyətli bir çıxışın vacibliyini şagirdlərimizə dəqiqliklə aşılayan Fərqanə müəllimə nəticədə uğurlu bir iş ortaya çıxardı.Sovet dövrünün şəxsiyyətə pərəstişliyini bədii ustalıqla öz əsərində nümayiş etdirən xalq yazıçısı Mehdi Hüseynin müzakirə olunan əsəri böyük diqqətə və marağa səbəb oldu.

            “Qiraətçi” verilişində maraqlı və uğurlu çıxışlarına görə şagirdlərimizə, o cümlədən Fərqanə müəllimə təşəkkürümüzü bildirir,gələcək işlərində daha yüksək nailiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi