Sonuncu zəng çalındı
Bu gün bütün ümumtəhsil məktəblərində olduğu kimi M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirildi.Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrini əsas tutaraq,məktəb rəhbərinin “Son Zəng” tədbirinin mütəşəkkil hazırlanması və keçirilməsi məqsədilə imzaladığı əmrə əsasən tədbirimiz təlimata uyğun olaraq təşkil edildi.
Tədbir dövlət bayrağının mərkəzə gəlməsi və himnimizin səslənməsi ilə başlandı.Daha sonra 11-cilər milli musiqi sədaları altında səhnəyə dəvət olundu.Məktəbin direktoru Akif Əliyev çıxış edərək tədbir iştirakçılarını və dəvət edilən qonaqları salamladı.A.Əliyev çıxışı zamanı həmçinin məktəbimizin uğurları haqında qısaca məlumat verdi, il ərzində təhsildə və ictimai işlərdə fərqlənən şagirdləri və müəllimləri təltif etdi.Məzunlarımızı ürəkdən təbrik edən məktəb direktoru daha sonra sözü BŞTİ-nin əməkdaşı Xədicə Quliyevaya , Nəsimi RİH-nin əməkdaşı İsgəndər Səfərova və tədbirimizə təşrif buyuran digər qonaqlara verdi.
Tədbirimiz məzunlarımızın yaddaqalan çıxışları ilə davam etdi.Tədbirin sonunda simvolik olaraq “bilik açarı” təhsildə nailiyyətləri ilə seçilən,buraxılış imtahanında yüksək bal toplamış,11-ci sinif şagirdi Gülarə Orucova tərəfindən 1-ci sinfin ən nümunəvi şagirdi İbrahimli Selcana təqdim edildi.Sonuncu zəngin çalınması ilə tədbirimiz başa çatdı.