Milli Qurtuluş Günü qeyd edildi

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdir.  Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük insan Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdır. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur.Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə Ulu  Öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir.Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdir.Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə  Milli Qurtuluş Günü  kimi daxil edilmişdir.

Məktəbimiz də bu əlamətdar günü hər il olduğu kimi bu il də yüksək əhval-ruhiyyə ilə qeyd etdi.Milli Qurtuluş Günü ilə əlaqədar keçirilən tədbirlərdən biri məktəbin tarix müəllimi İradə Hüseynova və sinif rəhbəri Cəmalə Cəfərova tərəfindən 6”C” sinif şagirdlərinin iştirakı ilə təşkil edildi.Tədbir zamanı şagirdlərimiz Ulu Öndərin həyatına və siyasi yaradıcılığına bir daha qısa da olsa nəzər saldı.Ümummilli liderin Azərbaycan xalqı üçün gördüyü işlərdən ətraflı danışıldı.Ulu Öndər haqqında yazılmış şeirlər,bəstələnən mahnılar ,maraqlı kompozisiyalar nümayiş etdirildi.Sonda məktəbin direktoru Akif Əliyev çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi