Mikayıl Müşfiqin doğum günü qeyd edildi

Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şair Mikayıl Müşfiqin doğum günü məktəbimizdə təntənəli şəkildə qeyd edildi.Nəzərə çatdıraq ki,M.Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur.Bu il böyük şair M.Müşfiqin anadan olmasından 110 il ötür.Bununla əlaqədar məktəbin ədəbiyyat müəllimi Səfaət Qurbanovanın rəhbərliyi ilə M.Müşfiqin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar tədbir təşkil olundu.

Giriş sözüylə çıxış edən Səfaət müəllimə əvvəlcə ədibin  nakam həyatına qısa bir nəzər saldı.Daha sonra şagirdlərin ifasında istedadlı şairin şeirləri,sözlərinə yazılmış mahnıları dinlənildi.

Şairin həyat və yaradıcılığından geniş söhbət açıldı.Sonda məktəbin direktoru Akif Əliyev çıxış edərək şair haqqında dəyərli bilgiləri bir daha nəzərə çatdırdı,tədbirin təşkilatçılarına təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi