Uşaqları sevək!
Məktəbimizdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirildi.Tədbirin əvvəlində çıxış sözü məktəbin direktoru Akif Əliyevə verildi.Direktor əvvəlcə ilboyu təhsildə və ictimai işlərdə fərqləndiyinə görə bir neçə şagirdi diplom və tərifnamələrlə qiymətləndirdi,uşaqların hərtərəfli inkişafı üçün dövlətimizin qəbul etdiyi qanunlardan, qərarlardan və sərəncamlardan,qoşulduğu beynəlxalq layihələrdən danışdı.Daha sonra tədbirin bədii hissəsi başlandı.
Tədbir məktəbimizin 4”E” sinif şagirdləri və sinif müəllimi Nəzakət Osmanova tərəfindən hazırlanmışdı.Çox fərqli ssenari və maraqlı tərtibat baxımından tədbir hər kəsin diqqətini çəkdi.Şagirdlər uşaqların müdafiə olunması, qayğısız, xoşbəxt, sağlam, sevgi içərisində böyümələri üçün arzu və təkliflərini dilə gətirdilər.Təqdim etdikləri kompozisiyalarda,şeir və mahnı nümunələrində öz bacarıqlarını,istedad və qabiliyyətlərini çox böyük həvəslə nümayiş etdirdilər.Yüksək səviyyədə tədbiri hazırlayıb ərsəyə gətirdiyi üçün Nəzakət müəlliməyə və rəhbərlik etdiyi 4”E” sinif şagirdlərinə təşəkkürümüzü bildiririk.
Biz də bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edir,onlara xoşbəxt və sağlam gələcək arzulayırıq.