Fövqəladə hallar zamanı davranış qaydaları
Məktəbimizdə məktəblinin dostları tərəfindən bir ay öncədən fövqəladə hallarla bağlı 5-11-ci sinif şagirdlərinə təlimlər keçirildi.Təlim zamanı şagirdlərimizə fövqəladə hallar-yanğın,sel,daşqın,ildırım və s.barədə məlumat verilmiş,bu hadisələr baş verərsə nə etməli,hansı vasitələrdən necə istifadə etməli,olduqları ərazini necə tərk etməli ilə bağlı ətraflı məlumatlandırılmışdır.
Təlimlər bitdikdən sonra məktəbdə may ayının 24-də məktəb rəhbərliyinin razılığı ilə həyəcan siqnalı verildi,daha sonra şagirdlərin yanğın zamanı təxliyyə olunması,yanğını söndürmək üçün lazım olan vasitələrdən istifadə qaydası əyani şəkildə göstərildi.