Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edildi

Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  2018-ci ili “Cümhuriyyət ili” elan etməsi ilə əlaqədar respublikanın hər yerində, o cümlədən ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir.

            Məktəbimizdə may ayının 24-də cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar yekun tədbir keçirildi.Tədbiri məktəbin tarix müəllimi Piri Arzu və rəhbərlik etdiyi 9”D” sinif şagirdləri hazırladı.Tarix müəllimləri Arzu Piri və Vəfa Heydərova çıxış edərək cümhuriyyətimizin şanlı tarixindən, AXC-nin banisi M.Rəsulzadənin,o cümlədən müasir Azərbaycanın qurucusu ümummilli lider H.Əliyev və onun uğurlu siyasətini davam etdirən prezidentimiz İ.Əliyevin siyasi fəaliyyətindən danışdılar.Tədbir zamanı şagirdlər bir-birindən maraqlı kompozisiyalarla çıxış etdilər.Həmin dövrdə şərqdə ilk demokratik dövlətin qurucuları,həmçinin cümhuriyyətçi qadınlar haqqında ətraflı məlumatlar,bu fədakar insanların həyatını əks etdirən səhnəciklər nümayiş etdirildi.

            İbtidai sinif şagirdlərinin cümhuriyyətlə bağlı fikirləri xüsusi maraq doğurdu.Sonda şagirdlərimizin milli musiqilərimizdən ibarət fləş-mob rəqsi hər kəsin alqışına səbəb oldu.

            Daha sonra tədbir iştirakçıları məktəbin girişində yaradılmış qabiliyyətli və istedadlı şagirdlərimizin əl işlərində ibarət sərgini ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi