“Dilarə” əsərinin müzakirəsi
Məktəbimizin 3”E” sinif şagirdləri sinif müəlliməsi Mətanət Nəcəfova və kitabxana müdiri Sevinc Hüseynova ilə birlikdə maraqlı bir əsərin müzakirəsini etdilər.Azərbaycanın böyük dramaturqu C.Cabbarlının “Dilarə”əsəri şagirdlər tərəfindən səhnələşdirildi.Daha sonra əsərin məzmunuyla bağlı diskusiya və müzakirəyə başlanıldı.Əsərin baş qəhrəmanı Dilarə günümüzün təhsil almaq istəyən şagirdi ilə müqayisə edildi.Şagirdlər bu gün təhsil almaq üçün hər bir şəraitin olduğunu,dövlətimizin uşaqların hərtərəfli inkişafı üçün saysız-hesabsız imkanlar yaratdığını maraqlı faktlarla izah etdilər.
Tədbirdə iştirak edən müəllimlər və direktor Akif Əliyev sual-cavab əsasında şagirdlərlə əsərin təhlilinə dair geniş və maraqlı diskusiya apardılar.Təqdirəlayiq bir tədbir hazırladığı üçün Mətanət Nəcəfovaya və Sevinc Hüseynovaya təşəkkürümüzü bildiririk.