Tarix müəlliminin uğuru

            Məktəbimizin tarix müəllimi Piri Arzu “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsində iştirak etmiş və məqaləsi yüksək qiymətləndirilərək eyni adlı kitaba daxil edilmişdir.Nəzərə çatdıraq ki,bu kitab Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,YAP qadınlar Şurası və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə çıxan “İşıq-Qadın” jurnalının birgə təşkil etdiyi “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinə qəbul olunan yazılardan tərtib olunmuşdur.

            Cumhuriyyətin 100 illik yubileyinin respublika səviyəsində keçirilməsi haqqında prezident İlham Əliyevin Sərəncamını əsas alaraq keçirilən bu müsabiqədə qalib kimi araşdırma-yazısı kitaba daxil edilən 67 məqalə içərisində yer aldığı üçün məktəb kollektivi olaraq ürəkdən sevinir və Arzu müəlliməni təbrik edirik.Bu gün məktəbin direktoru Akif Əliyev Arzu müəlliməni pedaqoji kollektiv qarşısında təbrik etdi və ona gələcək işlərində uğur dilədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi