Riyaziyyat gecəsi
Məktəbimizdə may ayının 4-də “Riyaziyyat və həyat” adlı riyaziyyat tədbiri keçirildi.Tədbiri məktəbimizin riyaziyyat müəllimi Səmidə Hacıyeva 8”B” sinif şagirdləri ilə birgə hazırlamışdır.
Tədbirin keçirilməsində əsas məqsəd elmlərin şahı olan riyaziyyat elminə marağı daha da artırmaq və şagirdlərə sevdirmək idi.Tədbir zamanı şagirdlər riyaziyyat elmi və onun həyatımızdakı rolunu əyləncəli səhnəciklər,şeirlər və dahilərin hikmətli sözləri ilə tədbir iştirakçılarına çox gözəl şəkildə çatdırdılar.
İstedadlı şagirdlərimizin ifasında xalq rəqslərimiz və musiqi alətlərində rəngarəng ifalar hər kəsin xoşuna gəldi.Tədbirin ərsəyə gəlməsində əziyyət çəkən şagirdlərimizə və Səmidə müəlliməyə təşəkkürümüzü bildiririk.