Xocalı soyqırımının iyirmi üçüncü ildönümü

23 fevral 2015-ci il tarixdə Nəsimi rayonu, M.Hüseynzadə adına 19 saylı tam orta məktəbin akt zalında Xocalı soyqırımının iyirmi üçüncü ildönümü münasibətilə ədəbi- bədii kompozisiya təşkil edilmişdir. Tədbirə dəvət edilən qonaqlar məktəbin foyesində təşkil edilmiş və Xocalı soyqırımını əks etdirən materiallar yerləşdirilmiş sərgi, foto-stendlə tanış olmuşlar. Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinin qurbanlarını bir dəqiqəlik sükutla yad etmişlər.Tədbirin sonunda qonaqlar çıxış etmiş, məktəbin direktoru tədbirə gələn qonaqlara və ədəbi- bədii kompozisiyanı təşkil edən müəllim və şagirdlərə minnətdarlığını bildirmişdir.Tədbir şagirdlərin ifasında xalqımızın mənəfi ruhunun güclənməsinə yönələn, şagirdlərimizi xalqımızın əbədi müstəqiliyini qorumasina, torpaqlarımızın ermıni işğalçılarından təmizlənməsinə ruhlandıran “Əsgər marşı” ilə yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi