Şəhid anası ilə görüş
Məktəbimizdə 09.04.2018 tarixində aprel döyüşlərində şəhid olmuş Mahir Quliyevin anası Lalə Quliyeva ilə görüş keçirildi.Nəzərinizə çatdıraq ki,Mahir Quliyev 308 nömrəli məktəbi bitirib.Bəs Mahiri bizim məktəblə bağlayan nədir?
Mahir Quliyev Əsgəri xidmətdə olarkən bir şagird məktubu alır.Həmin məktubda onu yazanın Nəsimi rayonu 19 nömrəli məktəbin 4”C” sinif şagirdi Hüseynova Fatimə olduğu qeyd olunur.Əsgər Mahir həmin məktubu anası Lalə xanıma göndərib deyir ki,evə gələndə gedib o şagirdi tapıb bir gəlincik hədiyyə edəcək.Bu danışığın üstündən heç iki ay keçmir ki,aprel döyüşlərində əsgər Mahir Quliyev şəhidlik zirvəsinə ucalır.Ana şəhidin yas mərasimini yola verdikdən sonra məktəbimizə gəlir.Məktubu yazan balaca Fatimə ilə görüşür,onu doya-doya öpür və bağrına basır.Oğlu Mahirin son istəyini yerinə yetirir,çantasından gəlinciyi çıxarıb Fatiməyə təqdim edir.
Bəli,Mahiri bizim məktəbimizlə bağlayan 9-10 cümlədən ibarət sadə bir şagird məktubudur..!
Keçən il olduğu kimi bu il də şəhid Mahir Quliyevin timsalında bütün aprel şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Mahirin anası və yaxın qohumları iştirak etdi.Tədbirimizdə həmçinin 11-ci sinif şagirdi Quliyeva Nuranənin yazdığı hekayə şəhidin anasına təqdim olundu.Bu hekayə Mahir Quliyevin həyatında baş vermiş real hadisələrə əsaslanır.Tədbir bitdikdən sonra tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Məmmədova,sinif rəhbəri Cəmalə Cəfərova,məktubu yazan Fatimə Hüseynova və bir neçə şagird şəhidin qəbrini ziyarət etmək üçün üçüncü fəxri xiyabana yollandılar.Şəhadətin mübarək,şəhid Mahir Quliyev!Allah sənə rəhmət eləsin!
Bayraqları bayraq edən üstündəki qandır!
Torpaq əgər uğrunda ölən varsa,Vətəndir!