AXC dövründə qadınların ictimai-siyasi işlərdə rolu
Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncamı artıq hamımıza məlumdur.Bununla əlaqədar BŞTİ-nin Tərbirlər Planı”na uyğun olaraq məktəbimizin Tədbirlər Planı hazırlandı.AXC-nin 100 illik yubileyi münasibətilə keçiriləcək olan tədbirlər silsiləsindən növbəti tədbirimizi mart ayının 27-də təqdim etdik.
Tədbiri məktəbimizin tarix müəllimi Arzu Piri hazırladı.Tədbir “Cümhuriyyət dövründə qadınların ictimai-siyasi işlərdə rolu”na həsr edilmişdir.Şagirdlərin araşdırmalarının nəticələri ümumiləşdirilərək diqqətə çatdırıldı ki, Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququ verilib. Beləliklə, qadınlar kişilərlə bərabər ölkənin ictimai–siyasi həyatında fəal iştirak hüququ əldə ediblər.
8”B” və 9”D”sinif şagirdləri XX əsrin əvvəllərində azərbaycanlı qadının sosial-hüquqi statusu, qadın və kişi hüquqları arasında kəskin fərqlərdən danışdı, təhsilli qadınların cəmiyyətdəki rolu barədə məlumat verdilər.Şagirdlər həmçinin o dövrün ən fəal xanımlarından olan Şəfiqə xanım Əfəndizadə , , Əlimərdan bəy Topşubaşovun xanımı Pəri xanım Topşubaşova , Nəsib bəy Yusifbəylinin xanımı Şəfiqə xanım Yusifbəyli və.s şəxsiyyətlər haqqında ətraflı təqdimat etdilər.Həmçinin vurğulandı ki,
H.Z.Tağıyevin ilk qız məktəbinin yetirmələri illər keçdikcə təhsillərini artırıb xalqımızın maariflənməsi işində böyük səy göstərirdilər. Bu dövrdə Azərbaycanın müxtəlif yerlərində artıq Şəfiqə xanım Əfəndizadə,Rəhilə xanım Hacıbababəyova, Sara xanım Vəzirova, Nigar xanım Aslanova, Gövhər xanım Qazıyeva, Hədiyyə xanım Məmmədzadə, Nazlı xanım Tahirova, Gövhər xanım Usubova, Xədicə xanım Ağayeva, Şərəbanı Şabanova, Nabat və Qumru Nərimanova bacıları kimi onlarca maarifpərvər qadın çalışırdı.
Tədbir çox maraqlı tətqiqat nəticələri ilə yaddaqalan oldu.Arzu müəlliməyə və şagirdlərimizə təşəkkürümüzü bildiririk.