Novruz adətləri-Milli Dəyərlərimizdir
Novruz bayramı xalqımızın milli bayramıdır.Çalışırıq ki,milli dəyərlərimizin,adət-ənənələrimizin qorunub yaşanması məqsədilə hər il bayram ərəfəsində silsilə tədbirlər hazırlayaq,sinif təşkilat saatları keçirək.
Belə tədbirlərdən biri də sinif rəhbəri Səlimə Bəkirova və 5”Ç” sinif şagirdləri tərəfindən hazırlandı.Tədbirdə sinif rəhbəri Novruz adətlərinə toxundu.Şagirdlər xalqımıza məxsus bir çox milli dəyərlər,Novruz ənənələrindən danışdı.Novruzun atributları Keçəl və Kosanın,eləcə də digər personajların yaranma tarixi və mənası açıqlandı.Milli geyimli şagirdlərin ifasında Azərbaycan rəqsləri nümayiş olundu.Maddi-mədəni irsimizin qorunub saxlanaması və gələcək nəsillərə ötürülməsi üçün belə silsiə tədbirlərin keçirilməsini hər zaman vacib hesab edirik.