”Beynəlxalq Tolerantlıq Günü”nə həsr edilmiş debat
M. Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə “ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29 oktyabr 2015-ci il tarixli 263 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 3.9-cu bəndinə əsasən ”Beynəlxalq Tolerantlıq Günü”nə həsr edilmiş bir sıra tədbirlər keçirilmişdir.21 dekabrda “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda keçirilən debatda məktəbin direktoru Akif Əliyev, direktor müavini Kəmalə Piriyeva, psixoloq Rəna Abdullayeva, kitabxana müdiri Sevinc Hüseynova, müəllim və şagirdlər iştirak etmişdir. Ədəbiyyat müəllimi Vəsilə Namazova debatda hər bir iştirakçının öz fikirlərini söyləməsinə, onlar arasında fikir mübadiləsinə şərait yaratmışdır. Məktəbin direktoru A.Əliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Olkə rəhbəri müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Beləliklə, tarixən Azərbaycanda formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyələndirən gözəl bir ənənəyə çevrilmişdir. Dövlətimizin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü yüksək səviyyədə göstərir. Debatın sonunda ölkəmizdəki ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühitinin tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsi olduğu vurğulanmışdır.