Ümummilli Lider Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi
Məktəbimizdə Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq digər məktəblərin də iştirakı ilə mühazirələr keçirilir.
Martın 15-də növbəti belə mühazirə təşkil olundu.H.Əliyev irsinin öyrənilməsi ilə əlaqədar keçirilən tədbirdə Nəsimi rayonu 266 və 19 nömrəli məktəbin 10-11-ci sinif şagirdləri iştirak etdilər.
Mühazirəçi tarix müəllimi Qasımova Esmira dahi şəxsiyyətin keçdiyi ömür yolundan,mürəkkəb siyasi fəaliyətindən,dövlət və millət qarşısında saysiz-hesabsız xidmətlərindən ətraflı danışdı.
Şagirdlərlə diskusiya şəraitində keçirilən tədbir zamanı auditoriyanı maraqlandıran suallar hərtərəfli cavablandırıldı.