Təcrübəçi tələbələrin açıq dərsləri davam edir
Fevral ayından başlayaraq məktəbimiz ADPU-nun müxtəlif fakültələrinin təcrübəçi tələbələrini qəbul etmişdir.Hər bir qrup məktəb rəhbərliyi tərəfindən qəbul edilmiş,məktəblə ilkin tanışlıq aparılmışdır.
Təcrübəçi tələbələr müvafiq fənlər üzrə müəllimlərə təhkim edilmiş,onlara metodik köməklik göstərilmişdir.
Mart ayının əvvəlindən etibarən təcrübəçi tələbələr fənn müəllimləri,metodist və psixoloqların iştirakı ilə açıq dərsləri təhvil verməyə başladılar.Təcrübəçilərə uğurlar arzulayırıq.