“Sönmüş ocaq” adlı Xocalı tədbiri keçirildi

26 fevral 1992-ci ilin sərt qış gecəsi.O gecə dəhşət yaşadı Xocalı.Elə bir dəhşət ki,hələ yer üzü belə müsibət,belə vəhşilik görməmişdi.Düşmən rəhm diləyən qocaya,xəstəyə,qadına aman vermədi.Uşaqlar valideynlərinin gözü qarşısında xüsusi qəddarlıqla qətlə yetirildi.Qız-gəlinlər əsir alındı.

Bəli,bu il artıq Xocalı soyqırımından 26 il ötür.Məktəbimizin müəllim və şagird kollektivi hər il olduğu kimi bu il də məktəbin tədbirlər planına uyğun olaraq, Xocalının iyirmi altıncı ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirdi.7”A” sinif şagirdlərinin hazırladığı tədbir xüsusilə diqqəti çəkdi.

Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra dövlət himnimizlə tədbirimiz açıq elan olundu.Tədbirdə müharibə veteranları,ADPU-nun müəllim və tələbə heyəti iştirak edirdi.Şagirdlərin Xocalı soyqırımının həqiqətlərini əks etdirən səhnəcikləri və yüksək hiss-həyəcanla deyilən şeir,mahnı kompozisiyaları hər kəsi riqqətə gətirdi.Tədbir zamanı şagirdlərimiz Xocalı faciəsi,onun səbəbkarları,itki sayı və s. ətraflı məlumatları məktəb kollektivinin nəzərinə çatdırdılar.

Tədbirin sonunda məktəbin hərbi rəhbəri,qazi Əzimov İslam və məktəbin direktoru  Akif Əliyev çıxış edərək bir daha Xocalı faciəsinin hər il  məktəblərdə yüksək səviyyədə anılmasının vacibliyini vurğuladılar.

         

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi