Heydər Əliyev Mərkəzinə ekskursiya
Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə müqaviləsinə əsasən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhəri üzrə fəaliyyət göstərən ümümtəhsil məktəblərinin ekskursiya qrafikinə uyğun olaraq məktəbimizin bir qrup şagirdi və müəllimi 22 fevralda Heydər Əliyev Mərkəzində oldu.
Mərkəzin bələdçisi şagirdlərimizə Mərkəz haqqında ətraflı məlumat verdi.Bildirdi ki, Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı əsasında yaradılan Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzinin bələdçisi həmçinin şagirdlərə Heydər Əliyev Mərkəzinin yaranma tarixi haqqında danışaraq bildirdi ki,10 may 2012 -ci ildə mərkəzin təntənəli açılış mərasimi olmuş və bu hadisə Heydər Əliyevin 89-cu doğum gününə təsadüf etmişdir.
Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və "Auditorium".
Şagirdlərimiz 6 sərgi salonunu və həmçinin Heydər Əliyev Muzeyini gəzərək dəyərli və vacib olan məlumatları əldə etdilər.Şagirdlərimizi maraqlandıran suallar ətraflı cavablandırıldı.