Beynəlxalq Ana Dili Günü

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Fevral ayının 21-də Beynəlxalq Ana Dili Günü ilə əlaqədar məktəbimizdə yüksək səviyyədə tədbir təşkil olundu.Tədbiri məktəbimizin ana dilli və ədəbiyyat müəllimi Nərgiz Cəfərova hazırlayıb ərsəyə gətirdi.Tədbir 8”B” və 9”Ç” sinif şagirdlərinin iştirakı ilə yüksək səviyyədə təqdim olundu.

Tədbir zamanı şagirdlər müqəddəs ana dilimizin qədim tarixindən danışdı,dilimizə aid şeirlər söylədi,dilimizin zənginliyini əks etdirən əsərlərdən parçalar ifa etdilər.Doğma ana dilində mükəmməl şəkildə danışmağın və bu dilin zənginliyini qoruyub saxlamağın vacibliyini bir daha nəzərə çatdırdılar.

Sonda məktəbimizin direktoru Akif Əliyev çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi