Reproduktiv sağlamlıq
Məktəbimizdə “Ümidli gələcək” İctimai Birliyinin Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə layihəsi olan yeniyetmə qızlar arasında reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işi yüksək səviyyədə təşkil olundu.
Tədbirin keçirilməsində əsas məqsəd yeniyetməlik çağına təzəcə qədəm qoymuş məktəbli qızlar arasında reproduktiv sağlamlıq və düzgün gigiyena qaydaları barədə ətraflı məlumatlandırma işi aparmaq idi.”Ümidli Gələcək” ictimai birliyinin əməkdaşı Samirə Süleymanova müxtəlif slaydlar,videoçarxlar göstərməklə şagirdlərimizi mövzu barədə hərtərəfli maarifləndirdi.