20 Yanvar-Qəhrəmanlıq səlnaməmiz,Qürur simvolumuz!
Məktəbdə 20 Yanvar faciəsi ilə əlaqədar yekun tədbir keçirildi.Ədəbiyyat müəllimi Aidə Mirzəyevanın təşkil etdiyi ədəbi-bədii tədbirdə qanlı faciənin tarixinə ətraflı nəzər salındı,faciə zamanı xalqımızın başına gətirilən dəhşətlərdən məktəb kollektivinə geniş məlumat verildi.Şagirdlərin ifasında faciənin agrı-acısını əks etdirən şeir nümunələri,səhnəciklər və mahnılar nümayiş olundu.
Məktəbin direktoru Akif Əliyev çıxış edərək bildirdi ki,20 yanvar faciəsi xalqımızın qürur mənbəyidir.Hər il bu kimi silsilə tədbirlərin keçirilməsi qarşımızda duran ən ümdə vəzifəmiz olub,həmçinin xalqımızın şəhidinə,vətən yolunda canından keçən soydaşlarına verdiyi yüksək dəyər və ehtiramın göstəricisidir.Allah şəhidlərimizə rəhmət eləsin!