Ümummilli lider Heydər Əliyevin anım günü keçirildi

11 dekabr 2015-ci il tarixdə Nəsimi rayonundakı M.Hüseynzadə adına 19N-li tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü keçirildi. Akt zalında keçirilən tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başladı. Məktəbin tarix müəllimi Vəfa Heydərova çıxış edərək Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində xalqımızın ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolunu qeyd etdi.Məktəbin direktoru Akif Əliyev öz çıxışında Heydər Əliyevin dünyanın nadir, unikal, seçilən siyasət adamı olması, onun dünya siyasətinə təsir etmək gücündə olan liderliyini, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacaran siyasətçi olmasını, gələcəyi görmək qabiliyyətinin başqalarına, həmkarlarına nisbətən daha güclü olduğunu diqqətə çatdırdı. A.Əliyev çıxışında xüsusi vurğuladı ki, bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Anım tədbirində məktəbin şagirdləri Aytən Bağırova, Xuraman Adıgözəlova, Sevil Şərifova, Habil Namazov, Zeynəb Sultanova, Nicat Qurbanlı və başqaları ulu öndərə həsr edilmiş şerlər söylədilər, onun aforizmə çevrilmiş kəlamlarını səsləndirdilər. Sonra 5A sinif şagirdi Vüsal Adilovun tarda, 7D sinif şagirdi Aytac Səfərovanın kamançada ifa etdikləri muğamlarımızın sədaları ilə ulu öndərin həyatına həsr edilmiş slaydlar təqdim edildi. Tədbirin sonunda Vaqif Mustafayevin çəkdiyi və H.Əliyevin həyatının muxtəlif dövrlərini əks etdirən film nümayiş etdirildi, şagirdlər məktəbin kitabxanasında kitabxan müdiri Sevinc Hüseynova, ədəbiyyat müəllimi Vəsilə Namazova və Uşaq Birliyi Rəhbəri Aysel Əliyevanın təşkilatçılığı ilə tərtib edilmiş kitab sərgisinə baxdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi