Mentorluq xidməti davam etdirilir

Nəsimi rayonundakı M.Hüseynzadə adına 19N-li tam orta məktəbdə "Təlim keçmiş müəllimlər və inzibati-idarəetmə heyətinin İKT-dən tədrisdə tətbiqinin dəstəkləmək məqsədilə mentor xidmətinin təşkili" layihəsi üzrə 5 noyabr 2015-ci il tarixdən başlayan məşğələlərdə məktəbin 16 nəfər müəllimi öz bacarıqlarını artırır. Mentor Sevinc Məhərrəmovanın təşkilatçılığı ilə artıq müəllimlər qazandıqları bacarıqları öz açıq dərslərində nümayiş etdirirlər. 10 dekabrda ibtidai sinif müəllimi Sevda Həsənovanın II sinifdə riyaziyyat dərsi dinlənilmişdir. Dekabrin 21-dək təsdiq edilmiş cədvəl üzrə məşğələlərdə iştirak edən bütün müəllimlərin açıq dərsləri dinləniləcək və mentorla birlikdə təhlil ediləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi