Şövkət Məmmədovanın yubileyi qeyd edildi
Məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Şövkət Məmmədovanın 120 illik yubileyi keçirildi.
Yubiley tədbirində Azərbaycan operasının ilk qadın müğənnisi Şövkət Məmmədovanın həyat və yaradıcılığından ətraflı danışıldı.Şagirdlər Şövkət Məmmədovanın mənalı ömür yoluna nəzər salaraq tədbir iştirakçılarını qısa da olsa məlumatlandırdılar.
Şövkət Məmmədovanın vaxtilə ifa etmiş olduğu rollardan kiçik fraqmentlər şagirdlərin ifasında nümayiş etdirildi.Tədbir ahəngdarlığı ilə böyük marağa səbəb oldu.
Tədbirin sonunda çıxış edən Akif Əliyev bir daha musiqi tariximizdə əvəzsiz iz buraxmış Şövkət Məmmədova haqqında danışdı,tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.