Məktəbdə yeni”Breyn-rinq” komandası yaradıldı

Məktəbimizdə Abdullayeva Rəna müəllimənin təşəbbüsü ilə hazırda mövcud olan breyn-rinq komandasının ən fəal üzvləri 9-cu sinif şagirdləri Piri Murad və İsmayılzadə Əhməd gələcəkdə məktəbimizi breyn-rinq yarışlarında təmsil etmək üçün yeni komanda yaratmaq üçün ikimərhələli yarış keçirdilər.

          Yarışda məktəbin 8-ci sinif şagirdləri iştirak edirdilər.Səsləndirilən 24 sualın ən çoxunu  cavablandıran  komanda-8”Ç” sinfinin komandası qalib gəldi.

Beləliklə ümumilikdə 7 nəfərdən ibarət olan yeni breyn-rinq komandası yaradıldı.Hazırki breyn-rinq komandasının üzvləri qalib komanda ilə müxtəlif hazırlıqlar keçirəcək, mütəmad yarış təcrübələrini onlarla bölüşəcəklərini dedilər.Yarışın nəticəsi olaraq gələcəkdə məktəbimizi təmsil edəcək yeni bir komandanın tərkibi müəyyən olundu.Yaxın günlərdə qaliblərin rəhbərlik tərəfindən təltif olunması mərasimi keçiriləcəkdir.Təşkilatçılara təşəkkürümüzü bildirir,qalib komandaya isə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi