Şagirdlərin gələcək peşə-yönümünün müəyyənləşdirilməsi ilə bağlı tədbir keçirildi
Test və Tətbiqi Tədqiqatlar Mərkəzinin mütəxxəsisləri-psixoloq Binyatova Aynur, Süleymanov Fərid və məktəb rəhbərliyinin təşkilatçılığı ilə məktəbimizdə tədbir keçirildi. Tədbir iştirakçıları əsasən 7, 8 və 9-cu sinif şagirdlərinin valideyinləri idi. BŞTİ-nin razılığına əsasən keçirilən tədbirdə əsas məqsəd 7,8 və 9-cu sinif şagirdlərinin gələcək peşə-yönümünün müəyyənləşdirilməsi məqsədilə “İntellekt strukturu testinin” təbliğinin vacibliyini auditoriyaya çatdırmaq idi. Giriş sözünü məktəbin direktoru Akif Əliyev açdı. O, da bu testlərin lazımlı olduğunu bir daha nəzərə çatdırdı.