Milli Dirçəliş Günü qeyd edildi

Məktəbimizdə 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirildi.Tədbirin ssenarisini 8-ci sinif şagirdi Məhərrəmli Anar hazırlamışdır.Təşkilatı işlərdə sinif rəhbəri Məmmədova Sevda müəllimənin köməkliyi ilə məzmunlu bir tədbirin şahidi olduq.Tədbir Azərbaycan Respublikasının Milli Azadlıq Hərəkatının tarixini əks etdirmək baxımından çox zəngin idi.Şagirdlər vətən,millət sevgisini tərənnüm edən müxtəlif şer,mahnı nümunələri təqdim etdilər.1988-ci il oktyabr-noyabr aylarında Bakıda baş verən hadisələrdən geniş söhbət açan iştirakçılar Azadlıq Hərəkatınnı uğurlu nəticəsi kimi istiqlaliyyətimizin əldə edilməsini inamla,fəxrlə nəzərlərimizə çatdırdılar.Sonda çıxış edən məktəbin direktoru Akif Əliyev bir daha hər kəsi təbrik etdi və təşkilatçılara təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi