Peşəyönümlü məsləhətlərin verilməsi ilə əlaqədar tədbir.
Məktəbimizdə fəaliyyət planına uyğun olaraq ümümtəhsil məktəblərində yuxarı sinif şagirdləri üçün peşəyönümlü məsləhətlərin verilməsiylə əlaqədar 13 noyabrda 10-11-ci sinif şagirdlərinin iştirakı ilə toplantı keçirildi.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin bir qrup əməkdaşının iştirak etdiyi tədbirdə şagirdlərə peşəyönümlü və ixtisas seçimi ilə əlaqədar bir çox suallar verildi,şagirdləri maraqlandiran suallar cavablandırıldı.Həmçinin gələcək peşə seçimində şagirdlərə kömək məqsədilə Qərb Universitetinə aid maarifləndirici bukletlər paylandı.Sonda şagirdlər anket sorğuda verilən sualları yazılı şəkildə cavablandırıb təqdim etdilər.