Bayraq Günü qeyd edildi

Məktəbimizdə “Dövlət Bayrağı Günü”ilə əlaqədar tədbir keçirildi.Məktəbin akt zalında baş tutan tədbirin ərsəyə gəlməsində məktəbimizin ədəbiyyat müəlliməsi Tağızadə Sevda,kitabxana müdiri Sevinc Hüseynova,UBR Tahirova Aysel,Uşaq-Gənclər İnkişaf Mərkəzinin Diyarşünaslıq dərnəyinin rəhbəri Təranə Kazımova və təşkilatşı müavin Ülviyyə Məmmədovanın əziyyəti olmuşdur.Tədbir Dövlət himni ilə açıldı.Şagirdlər bayraq,vətən,millət sevgisini əks etdirən şerlər,səhnəciklər,musiqi nümunələri təqdim etdilər.Azərbaycanın tarix boyu sahib olduğu müxtəlif bayraqlar tədbir iştirakçılarına nümayiş etdirildi.Məktəbin direktoru Akif Əliyev sonda çıxış edərək tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkker etdi,hər kəsi bir daha Bayraq Günü münasibətilə təbrik etdi.Həmçinin məktəbdaxili və məktəbdənkənar tədbirlərdə iştirakına görə bir qrup şagird diplomlarla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi