Məktəbimizdə ibtidai sinif şagirdlərinin tibbi monitorinqi keçirildi.
Məktəbimizdə Təhsil Nazirliyinin Səhiyyə Nazirliyi ilə birgə layihəsi olan “Sağlam təhsil,sağlam gələcək”layihəsinə qoşulmuş siniflərdə və həmçinin adi siniflərdə şagirdlərin tibbi göstəricilərini qeydə almaq məqsədilə monitorinq keçirildi.Monitorinqi bir qrup mütəxəssis:Təhsil İnstitutunun böyük elmi işçisi Kazımova Şəfa,Tibb Universitetinin assistenti Mustafayeva İradə,Z.Əliyeva adına Göz İnstitutunun həkimi Mirzəzadə Rəxşəndə aparırdı.