Beynəlxalq Kulinariya Günü qeyd edildi
Məktəbimizdə 20 oktyabr “Beynəlxalq Kulinariya Günü”münasibətilə tədbir keçirildi.Tədbirdə məktəbin 9-cu sinif şagirdləri,texnologiya müəllimləri və rəhbərlik iştirak etdi.Şagirdlər kulinariyanın tarixindən danışdılar,həm dünya mətbəxinə məxsus,həm də milli mətbəximizə məxsus dünyaca məşhur xörəklərdən,onların bişirilməsi texnologiyasından məlumat verdilər.Həmçinin 9-cu sinif şagirdləri çox qədim və milli yeməyimiz olan xıngalı elə məktəbin befetində hazırlayıb tədbirdə əyləşənlərə təqdim etdilər.