Bilik günü

Məktəbdə 15 sentyabr Bilik günü çox böyük coşqu ilə qeyd olundu. Dövlət Himnimizlə başlayan tədbir məktəbin direktoru A.Əliyevin çıxışı ilə davam etdirildi. Tədbirdə yüksək bal toplamış məzunlar fəxri fərman və hədiyyələrlə təltif olundular. Nəsimi rayon İH əməkdaşı Çingiz Səfərli şagirdləri təbrik etdi. Təhsil Nazirinin müvafiq əmrinə əsasən həmçinin “Cocuq Mərcanlı-tarixə qayıdışın başlanğıcı” başlığı altında əhatəli məlumat məktəb kollektivinə çatdırıldı. Birincilərin çıxışı ilə tədbir daha da rəngarəng oldu. İlk zəngin vurulması ilə şagirdlər məktəbə qəbul olundu.