Məktəbdə "Son zəng" tədbiri
Nəsimi rayonundakı M,Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirilmişdir. Məktəbin həyəti şarlarla, gül-çiçəklə bəzədilmiş, tədbirə valideynlər, ictimaiyyətin nümayəndələri, Nəsimi RİH-nin əməkdaşı Pərvin Qasımov, müharibə veteranları, hazırda tələbə olan məktəbin keçmiş məzunları və digər qonaqlar dəvət olunmuşdular.Tədbir Dövlət Himninin oxunması ilə başlanmış, məktəbin direktoru Akif Əliyev məzunları təbrik edərək onlara imtahanlarda uğurlar arzulamış,məktəbin nailiyyətlərindən, şagirdlərin olimpiada və yarışlardakı uğurlarından danışmışdır.Təhsildə daha yüksək nailiyyəti olan şagirdlər təltif olunmuşlar. Sonra söz 11-cilərə verilmiş, müəllimlər, eləcə də qonaqlar məzunları təbrik etmişlər.