Yeni tədris ilində ilk valideyn iclası keçirildi

Nəsimi rayonundakı M.Hüseynzadə adına 19N-li tam orta məktəbdə 23.09.2015-ci il tarixdə yeni tədris ilinin ilk valideyn iclası keçirildi. Əvvəlcə valideynlər sinif rəhbərləri və fənn müəllimləri ilə görüşdülər. Sonra məktəbin akt zalında ümumi yığıncaq keçirildi. Məktəbin direktoru ötən bir il ərzində məktəbin qazandığı nailiyyətlər, qoşulduğu layihələr, ümumilikdə əsas hədəflər haqqında danışdı. Məktəbin maddi-texniki bazasının gücləndirildiyi, Təhsil İdarəsi tərəfindən yeni İKT tədris avadanlıqlarının göndərildiyi bildirildi. Yeni tədris ilində qarşıda duran problemlər, onların həlli yolları müzakirə edildi.Valideynlər məktəbdə yaradılan nizam-intizama,yeni tədris mühitinə görə kollektivə minnətdarlıqlarını bildirdilər. Onlar öz tənqidi fikirlərini səsləndirdilər və yeni tədris ilində icra olunması zəruri olan məsələlər üzrə təkliflərini verdilər. Sonda valideynlər məktəbdəki “Sağlam təhsil”sinif otağı, müasir İKT avadanlıqları ilə təchiz olunmuş hərbi hazırlıq, linqafon kabinetləri ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi