Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir

Mayın 10-da 19 nömrəli tam orta məktəbdə ölkəmizin siyasi taleyində əvəzsiz rol oynamış ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə 7 və 8-ci sinif şagirdləri ulu öndərin xalqımız və müstəqil Azərbaycanımız qarşısında möhtəşəm xidmətləri haqqında çıxışlar etmiş, ona həsr edilmiş şeir və mahnılar ifa etmişlər. Məktəbin direktoru Akif Əliyev Heydər Əliyevin Azərbaycanın gələcəyi olan uşaqlara sonsuz sevgisini, onların yüksək təhsil almasına göstərdiyi diqqət və qayğını vurğulamış və bildirdirmişdir ki, ulu öndərin bu arzu və istəklərini gerçəkləşdirmək üçün hər bir şagird çalışqan olmalı və yaxşı oxumalıdır. Tədbirin sonunda şagirdlər ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən sənədli filmə tamaşa etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi