"Ekoloji aylıqlar" çərçivəsində görülən işlər
Martın 31-də “Ekoloji aylıqlar” layihəsinin “Alternativ enerji" aylığı üzrə şagirdlərimiz hazırladıqları “Ekoloji mart” layihəsini təqdim etmişlər. Bu layihədə “Küləyin enerjisi”, “Helioenergetika”, “Alternativ hidroenergetika”, “Geotermal energetika”, “Bioyanacaq”, “Bioetanol və biodizelin mənfi cəhətləri. Bioyanacağın ikinci nəsli”, “Bioyanacaq istehsalının texnologiyası” mövzuları yer almışdır. Mövzuları məktəbimizin şagirdləri İsmayılzadə Əhməd , Səfərli Sahib, Cəfərova Səbinə, Əliyeva Mədinə, Əliyeva Elmira, Həşimova Günel, Verdiyev Tale və Hümbətova Sevil işləmişlər. Elmi rəhbər kimi şagirdlərimizə məktəbimizin biologiya müəllimi Səlimə Bəkirova məsləhət vermişdir. “Ekoloji aylıqlar” layihəsi çərçivəsində şagirdlərimiz işlərini davam etdirirlər.